Almaniya Bundesliqası: "Bayer" "Borussiya"ya qalib gəldi

20 Yanvar 2021 07:34

Almaniya Bundesliqasının 17-ci turunun növbəti oyununda Leverkuzenin "Bayer"i Dortmund "Borussiya"sını məğlub etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş Leverkusen şəhərinin "Bay-Arena" stadionunda keçirilib və 2:1 hesabı ilə başa çatıb.

Qolları qaliblər tərəfdən Musa Diabi və Florian Virtz, məğlub komanda tərəfdən isə Yulian Brandt vurublar.

Bu uğurdan sonra "Bayer" aktivlərində 32 xal toplayaraq Almaniya çempionatının turnir cədvəlində ikinci yeri tutub.

Milli.Az