Sumqayıtda birmərtəbəli evdə yanğın olub

19 Yanvar 2021 21:41

Sumqayıt şəhərində ümumi sahəsi 9 m² olan talvarın yanar konstruksiyaları, bitişik ümumi sahəsi 100 m² olan birmərtəbəli evin plastikdən ibarət pəncərə çərçivəsi qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az