Heydər Əliyev prospektində qəza tıxaca səbəb oldu

19 Yanvar 2021 20:00

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində ("Koroğlu" metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Milli.Az