“Rəqəmsal ödənişlər və elektron bankçılıq” adlı ilk dərslik və onun tədris proqramı işıq üzü gördü

19 Yanvar 2021 18:15

Ölkədə ilk dəfə olaraq rəqəmsal ödənişlər sahəsində uzun illər ərzində toplanmış təcrübəni özündə əks etdirən "Rəqəmsal ödənişlər və elektron bankçılıq xidmətləri" adlı dərslik və onun tədris proqramı dərc olunub.

Dərslik, Bank of Baku-nun "Ödəniş sistemləri departamenti"nin direktor müavini Tamerlan Rüstəmov və Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi, Azərbaycan Texniki Universitetinin baş müəllimi Xəyaləddin Tağıyevin birgə əməyi sayəsində hazırlanıb. 

Müasir dövrün tələblərinə uyğun olaraq sürətlə inkişaf edən rəqəmsal ödənişlərlə bağlı həm nəzəri, həm praktiki bilik və təcrübələri özündə əks etdirən bu dərslikdə "hörümçək toru" prinsipi və onun şərhi, habelə ödəniş ekosistemi və onun komponentləri, ödəniş alətlərinin xüsusiyyətləri, rəqəmsal ödənişlər sahəsində qanunvericilik bazası və təkmilləşmə istiqamətlərinə dair geniş məlumatlar yer alıb. Həmçinin, real təcrübəyə əsaslanan bu dərslikdə elektron bankçılıq xidmətləri və onlardan istifadə, rəqəmsal ödənişlər sahəsində innovativ həllər və tgexnologiyalar, habelə fırıldaqçılıq əməliyyatları və onlara qarşı mübarizə tədbirləri də qeyd edilmişdir.

Öl­­kəmiz­­də bu sahədə ilk də­­fə nəşr olunan dərslik cə­­miy­­yə­­ti­­miz­­də rə­­qəm­­sal ödə­­niş­­lər və elekt­­ron bank­­çı­­lıq xid­­mət­­lə­­ri üzrə ma­­liy­­yə savadlılığının yüksəldilməsi, ödə­­niş eko­­sis­­te­­min­­də fəaliy­­yət gös­­tə­­rən mü­­tə­­xəs­­sis­­lə­­rin bi­­lik və ba­­ca­­rıq­­la­­rı­­nın da­­ha da tək­­mil­­ləşdiril­­mə­­si­­ baxımından mühüm rol oynayacaqdır.