Mandzukiç "Milan"da - Rəsmi

19 Yanvar 2021 17:24

"Milan" Mario Mandzukiçin transferini rəsmiləşdirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.  34 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalandığı bildirilib.

Xorvatiyalı oyunçu A seriyası təmsilçisində 9 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Mandzukiçin son klubu  Qətərin "Əl-Duhail"isi olub.

Milli.Az