Döyüş meydanında orduya hərbi sursatı dronlar daşıyacaq

21 Yanvar 2021 23:20

ABŞ Ordusu döyüş sahələrində və ucqar bazalarda hərbi sursat və ərzaq təmin edə bilən pilotsuz təyyarələr yaratmaq niyyətindədir.

Milli.Az ted.az-a istinadən bildirir ki, ABŞ Ordusu sözügedən pilotsuz təyyarələr barədə hazırlıqlara başlayıb.

ABŞ ordusu dronları 2026-cı ilədək istismara vermək istəyir. Belə bir dronun kütləsi 590 kiloqramdan az və daşımaq qabiliyyəti 363 kiloqrama qədər olmalıdır. Cihazın məsafəsi ən az 177 kilometr nəzərdə tutulur.

Pilotsuz təyyarəyə olan digər tələb istismara 15 dəqiqədən çox olmayan müddətdə hazırlanmalıdır. Həmçinin pilotsuz təyyarə GPS siqnallarının sıradan çıxarılması şəraitində də müəyyən bir marşrut üzrə avtomatik olaraq qalxa, enə və uça bilməlidir. Aparatın dizaynı modul olmalıdır.

Milli.Az