Oppo 5G dəstəkli daha 6 telefon modeli istehsal edəcək

21 Yanvar 2021 21:20

Oppo 5G bazarındakı mövqelərini möhkəmləndirmək üçün müəyyən addımlar atmağa başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət 2021-ci ildə 5G texnologiyasını dəstəkləyən 6 fərqli modeli Hindistan bazarına çıxaracaq.

Qeyd olunur ki, bu qərar şirkətin Hindistanda qurduğu 5G İnnovasiya Laboratoriyasının işə salınmasının bəhrəsidir.

Məlumatda o da bildirilir ki, Oppo Hindistanda əşyaların interneti sahəsində də böyük layihələr həyata keçirməyə hazırlaşır.

Milli.Az