Qaxa 35 santimetr qar yağıb

19 Yanvar 2021 13:27

Qaxın dağlıq ərazilərinə 35 santimetr hündürlüyündə qar yağıb.

Bu barədə Milli.Az-a Qax rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, qar ötən gecədən yağmağa başlayıb:

"Ötən gecə saat 01 radələrində şəhərdə yağmağa başlayan yağış daha sonra qara çevrildi. Hazırda şəhərin özündə qarın hündürlüyü 5 santimetrdir. Dağlıq ərazilər olan İlisuda qarın hündürlüyü 25, Sarıbaş kəndində isə 35 santimetr təşkil edir".

Qarın yağması ilə bağlı qabaqlayıcı tədbirlər həyata keçirilib, şəhər yolları qardan təmizlənib.

Milli.Az