İran ordusu “İqtidar 99” təlimlərinə başlayıb

19 Yanvar 2021 14:59

İran ordusunun "İqtidar 99" adlı təlimləri keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, təlimlər Sistan və Bəlucistan əyalətində, Mekran sahillərində keçirilir.

Təlimlərdə Quru Qoşunları ilə yanaşı, Hərbi Hava Qüvvələri və xüsusi təyinatlı qüvvələr də iştirak edir.

Təlimin məqsədlərindən biri əməliyyat sürətinin rekordunu qırmaq, təhdidlərə tez və qətiyyətlə cavab verməkdir.

Milli.Az