"Hələ ki əxlaqsızlıq et, pul yığ, sonra evlənərik" - Gilas əməliyyatı - VİDEO - FOTO

19 Yanvar 2021 14:54

Əxlaqsızlıq yuvasına basqın edilib.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, Adana vilayətində əxlaqsızlıq yuvasına təşkil olunan basqın zamanı 5-i qadın olmaqla 14 nəfər polis tərəfindən saxlanılıb.

"Gilas" adı verilən əməliyyat nəticəsində saxlanılan 29 yaşlı Fırat adlı şəxsin qadınları döyərək, zorla əxlaqsızlığa məcbur etdiyi aşkarlanıb.

Hətta, qadınlardan birinin ifadəsində görə dəstəyə liderlik edən Fırat ona "hələ ki fahişəlik et, pul yığ, sonra evlənərik", - deyib.

Milli.Az əməliyyat zamanı çəkilən fotoları təqdim edir:

İsmayıl
Milli.Az