Putin: «Medvedevlə mən ənənəvi orientasiyaya malikik»

26 Aprel 2010 18:51
RİA "Novosti"nin məlumatına görə, italiyalı həmkarı Silvio Berluskoni ilə birgə keçirdiyi mətbuat konfransında o, bildirib ki, Medvedevlə birlikdə Rusiyanı idarə edirlər və onların bir-birlərinə mane olmaları üçün heç bir əsas yoxdur.

İtaliyalı jurnalistin onun Medvedevlə "nikahı" haqda sualına baş nazirin cavabı kifayət qədər maraqlı olub: "Siz bizim Medvedevlə münasibətlərimizi "nikah" kimi təqdim edərkən, bir qədər "ədəbi dildə" danışırsınız. Sizi tam əmin edərəm ki, biz Medvedevlə ənənəvi orientasiyaya malikik. Odur ki, bu məsələdə nikah haqda danışmaq bir qədər... Biz onunla dostuq və bu dostluğumuz uzun illərdir davam edir. Bununla fəxr edə bilərik. Allaha şükür ki, burada heç bir problem yoxdur və ümid edirəm ki, olmayacaq".

Milli.Az