“Yuventus” türkiyəli hücumçunu istəyir

19 Yanvar 2021 12:49

"Yuventus" heyətinə yeni futbolçu qatmaq istəyir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi "Lill"dən Yusuf Yazıcını transfer etmək niyyətindədir. Klub mütəmadi olaraq 24 yaşlı hücumçunu izləmək üçün skautlar göndərir.

Qeyd edək ki, Yazıcı bu mövsümm 23 oyunda iştirak edib, 11 qol vurub və 4 qolun ötürməsini verib.

Milli.Az