İraqın mərkəzinə hava zərbələri endirildi

19 Yanvar 2021 10:34

İraqın mərkəzi Babil əyalətinin şimalında yerləşən Cürf ən-Nəsr şəhərinin ərazisi hava zərbələri endirilib.

Milli.Az Axar.az-a istinadən bildirir ki, bu barədə Al Mayadeen telekanalı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, zərbə endirilən ərazi İraq silahlı qüvvələrinin nəzarətindədir.

"Əl Arabiya" telekanalı növbəsində Cürf ən-Nəsr yaxınlığında "Kataib Hizbullah" qruplaşmanın mövqelərində üç partlayışın baş verdiyini bildirdi. Kanal mənbələrinin verdiyi məlumata görə, İraq ordusu xəsarət almayıb.

Milli.Az