Türkiyədə 5 gündə 830 min şəxs peyvənd olunub

19 Yanvar 2021 10:44

Türkiyədə vətəndaşlara peyvənd tətbiqi sürətlə davam etdirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, proses yanvarın 13-də başlasa da, artıq 830 min səhiyyə işçisinə vaksin vurulub.

Türkiyə 5 gündə əldə olunan nəticəyə görə, Almaniya, İtaliya və Fransanı keçib. Belə ki, Almaniyada 20 gündə 1 milyon 50 min, Fransa 21 gündə 422 min vətəndaşa peyvənd vurulub.

Milli.Az