Ermənistanın yeni səhiyyə naziri bəlli oldu

19 Yanvar 2021 09:00

Ermənistanın səhiyyə nazirinin müavini Anait Avanesyan nazir postuna təyin olunub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan sərəncam verib. Anait Avanesyan bu postda Arsen Torosyanı əvəz edib.

Torosyan isə hökumət aparatının rəhbəri təyin olunub.

Milli.Az