Sabiq məşqçisini öz komandasına apardı

19 Yanvar 2021 07:11

İspaniyanın "Barselona" klubunun futbolçusu Jerar Pike sahibi olduğu "Andorra"ya yeni baş məşqçi təyin edib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, İspaniya çempionatının B Sequndasında mübarizə aparan klubu Eder Sarabiya çalışdıracaq.

O, "Barselona"da Pikenin sabiq məşqçilərindən olub. Sarabiya keçmiş baş məşqçi Kike Setyenin köməkçilərindən idi.

Sarabiya ilə 2,5 mövsümlük müqavilə imzalanıb. O, bu postda Naço Kastronu əvəzləyib.

Qeyd edək ki, "Andorra" gücünə görə 3-cü olan divizionda öz qrupunda 2-ci pillədə qərarlaşıb.

Milli.Az