"Milan" səfərdə qələbə qazandı - VİDEO

19 Yanvar 2021 07:41

"Milan" İtaliya A seriyasında növbəti oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda 18-ci turda "Kalyari"nin qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

"Kalyari"- "Milan" - 0:2
Qollar
: İbrahimoviç, 7-pen, 52

Bu qələbə ilə xalını 43-ə yüksəldən "Milan" liderliyi qoruyub. "İnter" 40 xalla 2-ci, "Napoli" 34 xalla 3-cüdür.

Milli.Az