Bakıda mənzildən qadın meyiti tapılıb

18 Yanvar 2021 23:05

Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Yakıbova Mirvari Raxidovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az