Disneyland Paris yenidən açılmasını 2 aprelə qədər təxirə saldı

18 Yanvar 2021 22:25

Disneyland Paris Avropada sanitar vəziyyətin pisləşməsi səbəbindən fəaliyyətinə yenidən başlamasını 2 aprel tarixinə qədər təxirə saldı.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə parkdan məlumat veriblər.

Qeyd edilib ki, Avropadakı mövcud vəziyyətə görə, Disneyland Paris əvvəlcədən planlaşdırıldığı kimi, 13 fevralda açılmayacaq:

"Şərtlər imkan vərərsə, 2 aprel 2021-ci ildə Disneyland-ı yenidən açacağıq".

Milli.Az