TƏBİB-in sədri əhalini bu qurumun adından yayılan yalan məlumatlara inanmamağa çağırıb

18 Yanvar 2021 21:40

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı əhalini bu qurumun adından sosial şəbəkələrdə yayılan yalan məlumatlara inanmamağa çağırıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, R.Bayramlı "Xəzər" kanalına müsahibəsində bildirib ki, insanlarda əks-təbliğat hissləri oyadan, çaşqınlıq yaradan məlumatlar yayılır:

"Təəssüflər olsun ki, insanlara yalan məlumatların verilməsi halları olur. Vətəndaşlarımızdan xahişimiz odur ki, Səhiyyə Nazirliyinin, İcbari Sığorta üzrə Dövlət Agentliyinin rəsmi şəxslərinin açıqlamalarına etibar etsinlər".

Milli.Az