Çağatay 6 milyona villa alıb

18 Yanvar 2021 20:30

Aktyor Çağatay Ulusoy yenə də pulunu əmlaka xərcləyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi Çeşmədə villa satın alıb. Ulusoy ev üçün 6 milyon lirə (1 milyon 365 min manat) ödəyib.

Çağatay dördmərtəbəli, həyətində hovuzu olan villasını təmir etdirdikdən sonra satışa çıxaracaq. Aktyor hazırda İstanbulun Zekeriyaköy səmtində kirayədə qalır.

Milli.Az