Vaksin vurulandan sonra özümü tam rahat hiss edirəm - Həkim

18 Yanvar 2021 16:32

Artıq 3 saatdan çoxdur ki, koronavirus infeksiyasına qarşı peyvənd olunmuşam və özümü tam rahat hiss edirəm.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında bugünkü peyvəndləmə prosesində iştirak edən tibb işçisi, Səhiyyə Nazirliyinin 2 saylı poliklinikasının lor həkimi Arzu Baqışeva deyib. O qeyd edib ki, 3 saat ərzində özündə heç bir mənfi hal hiss etməyib: "Səhhətim tam normaldır, heç bir dəyişiklik yoxdur. Vaksin vurulandan sonra nisbətən susuzluq hiss etdim, başqa heç nə".

A.Baqışeva deyir ki, ölkədə olan risk qrupuna aid şəxslərin bu vaksindən istifadə etməsi məsləhətdir: "Vaksinlər sınaqdan keçirilib və zərəri yoxdur. Əksinə, orqanizmdə immuniteti artırır və koronavirus infeksiyasına qarşı mübarizə üçün əhəmiyyətlidir".

Milli.Az