Ermənistanda indiyədək yeni növ koronavirusa yoluxanların ümumi sayı 164676 nəfərə çatıb.
Milli.Az APA-ya istinadən bildirir ki, son sutka ərzində 90 yeni yoluxma qeydə alınıb.
Son 24 saat ərzində 6 nəfər xəstəlikdən vəfat edib ki, bununla da koronavirusdan ölənlərin ümumi sayı 2998-ə çatıb.
Xəstəlikdən 153 064 nəfər sağalıb, 7885 nəfərin müalicəsi davam edir.
Milli.Az