"Samsung"un rəhbəri həbs edildi

18 Yanvar 2021 11:25

Cənubi Koreyanın "Samsung Group" şirkətinin rəhbəri Li Çje Yon öz nüfuzunu artırmaq məqsədilə rüşvət verməkdə təqsirli bilinərək 2,5 il müddətinə həbs edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, 2014-cü ildə ölkə prezidenti Pak Kın Henin yaxınına 8 milyon dollara yaxın rüşvət ödəyib.

Li Çje Yon, həmçinin şirkət daxilində səhmlərlə bağlı qanunsuz əməliyyatlarda təqsirli bilinib.

Milli.Az