Bakıda ikimərtəbəli evdə yanğın olub

17 Yanvar 2021 23:50

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 100 m² olan ikimərtəbəli evin mətbəxində tavan 6 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yüksək temperaturdan plastikdən ibarət qapı və 3 ədəd məişət avadanlığı əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az