Qarabağda daha 3 erməni hərbçisinin cəsədi tapıldı

17 Yanvar 2021 18:42

Qarabağ bölgəsində daha 3 erməni hərbçisinin cəsədi tapılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, axtarış işləri Hadrut, Füzuli və Cəbrayıl istiqamətində aparılıb.

Məlumata görə, bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 235 nəfərə çatıb.

Məlumatda həmçinin bildirilib ki, Ermənistanın itkin hərbçilərinin axtarışları Şuşada da davam etdirilib. Lakin şəhərdə hər hansı meyit tapılmayıb.

Sabah Qubadlıda, Hadrutda, Füzulidə və Cəbrayılda itkin erməni hərbçilərin axtarışları davam etdiriləcək. Axtarışlara iki qrup ayrılacaq. Onlardan biri həlak olanların meyitlərini, digəri isə gizlənən erməniləri axtaracaq.

Milli.Az