Fernando Torres baş məşqçi oldu

17 Yanvar 2021 17:07

İspaniya yığmasının keçmiş hücumçusu Fernando Torres baş məşqçiliyə başlayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 2019-cu ildə karyerasını başa vuran 37 yaşlı sabiq forvard "Atletiko"da yeni vəzifəyə təyin olunub.

Futbolçu kimi məhz madridlilərdəki çıxışı ilə məşhurlaşan Torres klubun əvəzedicilərinin baş məşqçisi təyin olunub. Ötən ilin sentyabrında "Atletiko" akademiyasında fəaliyyətə başlayan Torres eyni zamanda "Pro" lisenziyalı məşqçi kursunu da oxuyur. "Atletiko"nun B komandası onun rəhbərliyi altında ilk oyununu bu gün "Poblense"yə qarşı keçirəcək.

Qeyd edək ki, Fernando Torres futbolçu kimi "Atletiko", "Liverpul", "Çelsi", "Milan" və "Saqan Tosu"nun formasını geyinib.

Milli.Az