Türkiyədə Rusiya gəmisi batdı: 4 meyit tapıldı, 6 nəfər xilas edildi - YENİLƏNİB

17 Yanvar 2021 17:03

17:03

Türkiyədə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, Bartın Valisi Sinan Güner, Qara dənizdə  batan gəmidəki digər heyətin də xilas olunma işləri davam edir.

"Arvin" adlı gəminin Qara dəniz vasitəsilə Gürcüstandan Bolqarıstana üzdüyünü bildirən valinin sözlərinə görə, yüklü gəmi fırtınaya düşdüyü üçün yardım almaq məqsədilə Türkiyədə Bartın limanına girmək istəyib:

"Liman kiçik olduğu üçün gəmi sahilə yan almaq üçün gözləmə vəziyyətində olub və o anda qəzaya uğrayıb. Gəmi Türkiyəyə məxsus olmadığı üçün və çətin hava şəraitində ilkin mərhələdə gəminin Rusiyaya məxsus olduğunu təxmin etdik, sonradan Palau bayraqlı gəminin tərkibindəki heyətin Ukrayna vətəndaşları olduğunu öyrəndik" - deyə vali bildirib.

----------
16:10

Türkiyədə Rusiyanın yük gəmisi batıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Bartın vilayətinin valisi bildirib.

Vali Sinan Güner deyib ki, Qara dənizin Bartındakı İnkumu rayonu  sahilinə çatmaqda olan Rusiya bayraqlı yük gəmisinin batdığı aşkar olunub.

"Qara dənizdəki pis hava şəraiti və yüksək səviyyəyə qalxan dalğalar gəminin İnkumu sahilinə çatmasına imkan verməyib. Xilasetmə heyətlərimiz gəmidə çətin vəziyyətdə qalan 15 nəfərə yaxın insanın xilası üçün fəaliyyətə başlayıb" - vali bildirib.

Bartında batan Rusiyaya məxsus gəmidən 4 nəfər xilas edilib, digərlərinin də xilası üçün fəaliyyətlər davam edir. 

Bartın valisi deyib ki, fırtınalı hava şəraiti  xilasedicilərə ciddi şəkildə mane olur.  

Qafqazinfo xəbər verir ki, ekipaj üzvlərindən 2-nin cəsədi tapılıb, 5 nəfər isə xilas edilib. Axtarış-xilasetmə tədbirləri davam etdirilir. 

Milli.Az