Məşhur cütlüyün zirehli avtomobili də Türkiyəyə gətirildi - FOTO

17 Yanvar 2021 16:28

İngiltərənin "Arsenal" futbol klubundan "Fənərbağça"yə transfer olunan Məsut Özil həyat yoldaşı Aminə Gülşe və qızları Eda ilə Türkiyəyə köçməyə hazırlaşır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük İngiltərədən özəl əşyalarını artıq Türkiyəyə göndərib. Aminə Gülşenin 3 milyon 250 min TL dəyərində olan "Mercedes G63 Mansory" markalı avtomobili də onların İstanbulun Çamlıca ərazisindəki 10 milyon dollarlıq malikanəsinə çatdırılıb.

Qeyd edək ki, Mesut Özil Aminə Gülşe ilə birlikdə olarkən bıçaqlı hücuma məruz qalmışdı. Futbolçu bu hadisədən sonra sözügedən avtomobili almış və onu zirehli etdirimşdi.

Milli.Az