11 yaşında qazandığı şöhrətə görə kinodan gedir

17 Yanvar 2021 15:56

"Harri Potter" filmlərində Ron Uizli obrazı ilə məşhurlaşan britaniyalı aktyor Rupert Qrint aktyorluq karyerasını bitirmək qərarına gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 31 yaşlı aktyor bu barədə "Daily Mail" nəşrinə müsahibəsində danışıb:

"Mən həmişə aktyorluqdan uzaqlaşmağı düşünürdüm. Övladım olandan sonra istəyim daha da gücləndi. "Harri Potter" uşaqlıq vaxtıma təsadüf etdi və 11 yaşımda qazandığım şöhrət məni bu nəticəyə gətirdi. Aktyorluq karyeramı bitirsəm, dülgərlik və ya tikinti sahəsində çalışacam".

Milli.Az