Gürcüstanda zəlzələ olub

17 Yanvar 2021 15:49

Gürcüstanın cənub-şərqində, paytaxt Tbilisidən 58 kilometr aralıda 3 bal gücündə zəlzələ baş verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar saat 03:39-da Kvemo Kartli bölgəsində qeydə alınıb. Zəlzələnin mənbəyi 12 km dərinlikdə olub.

İtkilər və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az