Çalhanoğlu və Ernandes koronavirusa yoluxdular

17 Yanvar 2021 15:10

İtaliyanın "Milan" klubunda iki futbolçu koronavirusa yoluxub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu barədə "rossonyerlər" rəsmi sayt vasitəsilə məlumat yayıb.

Bildirilib ki, komandadan götürülən testin nəticəsi iki aparıcı oyunçuda - müdafiəçi Teo Ernandes və yarımmüdafiəçi Hakan Çalhanoğluda pozitiv çıxıb. Hər iki futbolçu dərhal öz evlərində karantinə alınıb. Onlar komandanın növbəti matçlarını buraxacaq. 

Qeyd edək ki, "Milan" A seriyasının XVIII turu çərçivəsində sabah "Kalyari"nin qonağı olacaq.

Milli.Az