Təxris olunanların müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq

17 Yanvar 2021 12:28

Müdafiə Nazirliyi təxris olunmuş şəxslərin müraciətinə baxılması üçün daha 2 komissiya yaradılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi,polkovnik-leytenant Anar Eyvazov bildirib.

Onun sözlərinə görə, əvvəl Respublika üzrə iki komissiya fəaliyyət göstərirdi, sabahdan etibarən onlarn sayı 4 olacaq. Daha iki komissiya səyyar qruplarda yaradılıb. Onlar Perişükürdə və Gəncədə olacaq:

"MN tərkibində təxris olunmuş şəxslərin müraciətinə baxılması üçün yaradılmlş komissiyaya könüllü şəxslər də yardım məqsədi ilə müraciət ediblər. Onlar nazirliyə yaxınlaşaraq könüllü şəkildə komissiyada fəaliyyət göstərmək üçün müraciət ediblər. Belə vətəndaşların sayı artmaqdadır".

Milli.Az