"MN-də yaradılan komissiyada Bakı şəhəri üzrə 1751 müraciətə baxılıb" - Anar Eyvazov

17 Yanvar 2021 12:15

Son 6 gündə yaradılmış komissiyaya Bakı şəhəri üzrə 1751, Füzuli şəhərindən isə 202 nəfər müraciət edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi,polkovnik-leytenant Anar Eyvazov bildirib.

Bildirilib ki, Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 202müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Milli.Az