Mahaçqalada ailə faciəsi: ana və üç övladı yanaraq həlak oldu

17 Yanvar 2021 15:17

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində yaşayış evində baş verən yanğın bir ailənin dörd üzvünün ölümü ilə nəticələnib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, TASS agentliyi bu barədə bölgənin fövqəladə hallar xidmətindəki mənbəyə istinadən xəbər yayıb.

Qeyd olunur ki, ölənlər biri 28 yaşlı ana və onun üç nəfər yeniyetmə övladlarıdır.

Milli.Az