Ermənistanda koronavirusla bağlı son vəziyyət açıqlandı

17 Yanvar 2021 12:47

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 351 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, pandemiya başlayandan bəri Ermənistanda koronavirusa 164 586 yoluxma qeydə alınıb.

Ermənistanda indiyədək COVID-19-dan 2992 nəfər ölüb.

Milli.Az