Gürcüstanda 780 yeni yoluxma, 17 nəfər öldü

17 Yanvar 2021 14:12

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  780 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 247 805, ölənlərin sayı isə 2 933 nəfərə çatıb.

Virusa yoluxanlardan 232 993 nəfərin sağaldığı bildirilir.

Milli.Az