Dünyada sutka ərzində koronavirusdan 13 minə yaxın insan ölüb

17 Yanvar 2021 13:39

Dünyada koronavirusdan ölənlərin sayı son sutka ərzində 12 967 olmaqla 2 022 059 nəfərə çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, hazırkı dövrədək dünyada koronavirusa 94 490 863 nəfər yoluxub. Xəstəlikdən 51 536 442 nəfər sağalıb.

Milli.Az