Düşmənin dağın altında yerləşən bunkeri, labirintə bənzər tunelləri... - Ordumuz belə istehkamları yarıb - VİDEO

17 Yanvar 2021 12:02

Düşmənin Qarabağda mövcud olmuş müdafiə istehkamlarından daha birinin  videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, kadrlara əsasən, Ermənistan ordusu 30 ilə yaxındır işğal altında saxladığı və 44 günlük müharibədə ordumuzun azad etdiyi ərazilərdə beton istehkamlarla yanaşı dağın altında bunker və tunellər şəbəkəsi də qurubmuş.

Bu kadrlarda (relyefə əsasən kadrların Xocavənd və ya Füzuli istiqamətində çəkildiyi təxmin edilə bilər) görünür ki, düşmən dağın altında möhkəmləndirilmiş bunker yaradıb, labirintə oxşayan tunellərlə həmin bunkerdən müşahidə postlarına yollar çəkib. Beləliklə, nəzəri baxımdan düşmənin dağın altında qurduğu bu bazanı almaq və dağıtmaq qeyri mümkün idi. Lakin Azərbaycan ordusu düşməni bu cür keçilməz müdafiə istehkamlarından vurub çıxardı və onu Şuşaya qədər qovdu...

Milli.Az