Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü

17 Yanvar 2021 10:31

Sumqayıtda ər arvadını boğaraq öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin dənizkənarında yerləşən otellərin birində baş verib.  Belə ki, oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı 1992-ci il təvəllüdlü Orxan Həsənov, həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Qətli törədən 29 yaşlı O.Həsənov saxlanılıb. Zəruri istintaq tədbirləri görülür.

Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az