"Napoli"nin daha 1 futbolçusu koronavirusa yoluxdu

17 Yanvar 2021 11:03

"Napoli"nin yarımmüdafiəçisi Fabian Ruis koronavirusa yoluxub. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

24 yaşlı ispan futbolçudan götürülmüş COVİD-19 test nümunələri cavablarının müsbət çıxdığı bildirilib. Bu üzdən də o, karantinə alınıb.
 
İspaniyalı oyunçu "Fiorentina", "Yuventus" və "Veroona" ilə oyunlarını buraxacaq.
 
Xatırladaq ki, "Napoli"də hücumçu Viktor Osimhenin də bir müddət əvvəl koronavirusa yoluxdiği müəyyənləşmişdi.

Milli.Az