“Lester” iki qolla ikinci pilləyə yüksəldi

17 Yanvar 2021 10:18

İngiltərə Premyer Liqasında XIX tur başlayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ilk oyun günündə 5 matç keçirilib.

Qarşılaşmalardan üçünün taleyini bir top həll edib. "Çelsi" "Fulhem" üzərində səfər qələbəsini bayram edib. "Lids" öz meydanında "Brayton"a uduzub. "Vest Hem" "Bernli"nin müqavimətini qırmağı bacarıb. 

Günün ən məhsuldar görüşündə "Vest Bromviç" "Vulverhempton"a qalib gəlib. "Sauthempton"u 2 qolla üstələyən "Lester" ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, tura yanvarın 19-da yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XIX tur
16 yanvar
"Vulverhempton" - "Vest Bromviç" - 2:3
Silva, 38, Boli, 43 - Pereyra, 8 (pen.), 56 (pen.), Ajayi, 52
"Lids" - "Brayton" - 0:1
Maupay, 17
"Vest Hem" - "Bernli" - 1:0
Antonio, 9
"Fulhem" - "Çelsi" - 0:1
Maunt, 44
"Lester" - "Sauthempton" - 2:0
Meddison, 37, Barnes, 90+5

Milli.Az