Koronavirus necə yayılıb? - ABŞ kəşfiyyatı açıqladı

17 Yanvar 2021 10:11

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-un Uhandakı laboratoriyadan yayılmasını dəqiq araşdırmalıdır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo kəşfiyyatın hesabatını açıqlayarkən deyib.

Pompeo bildirib ki, bundan əvvəl Çin laboratoriyalarından dünyaya virus yayılıb: "ABŞ kəşfiyyatı Uhandakı laboratoriya işçilərinin 2019-cu ilin payızında COVİD-19 simptomlarına bənzəyən virusa yoluxmalarına dair sübutlar əldə edib".

Dövlət katibi, həmçinin bildirib ki, yarasaların RaTG13 koronavirusu SARS-COV-19-la 96% eynidir.

Milli.Az