Qubada ikimərtəbəli evdə yanğın baş verib

17 Yanvar 2021 08:43

Quba rayonunun Alpan kəndində ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 70 m² olan (hər mərtəbəsi 35 m², ikinci mərtəbəsi taxta konstruksiyalardan ibarət) ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az