Suraxanıda tikili yanıb

16 Yanvar 2021 23:59

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 70 m² olan dəmir konstruksiyadan ibarət tikilinin taxta üzlüyü və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az