"Göy qurşaqlı" erməni Hacınəzəryana vəzifə verildi: Baydenin seçimi - FOTO

16 Yanvar 2021 19:58

Erməni Hayk Hacınəzəryan ABŞ-ın yeni prezidenti Cozef Baydenin administrasiyasında regional kommunikasiyalar şöbəsinə rəhbər təyin olunub.

Milli.Az bildirir ki, Birləşmiş Ştatların prezidenti C.Bayden və vitse-prezident Kamala Harrisin birgə press-relizində belə eyilir.

Ümumiyyətlə 215 təyinat barədə məlumat verilib ki, bu da prezidentin inauqurasiyasına qədər analoji açıqlamalarla bağlı rekord sayıla bilər.

H.Hacınəzəryan prezident seçkiləri zamanı Qərbi Pensilvaniyadakı seçki kampaniyasının mətbuat katibi olub. Ona qədər praymeriz və ümumi seçkilərdə o, Nyu-Hempşir, Nevada, Texas, Ohayo və digər ştatlarda Baydenin seçki qərargahına informasiya dəstəyi verib.

Baydenin seçki kampaniyasına qatılmazdan əvvəl o, Kapitolidə işləyib. H.Hacınəzəryan əvvəllər İndianadan seçilmiş senator Co Donellinin mətbuat katibi, sonra Nümayəndələr Palatasının daxili təhlükəsizlik komitəsinin mətbuat katibinin müavini olub.

Ohayo ştatındakı Kolumbus şəhərində, əslən Livandan olan erməni mühacirlərin ailəsində doğulmuş H.Hacınəzəryan İndiana Universitetini və Corc Vaşinqton Universiteti nəzdindəki Ali Siyasi İdarəetmə Məktəbini bitirib.

Hayk Hacınəzəryan cinsi azlıq mənsubudur və LGBT hərəkatının fəal iştirakçısıdır.

Orxan Hun
Milli.Az