Bayram Səfərov: “Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim?”

16 Yanvar 2021 19:06

Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sosial şəbəkələrdə tənqid olunmasına münasibət bildirib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, B.Səfərov insanlarının onun haqqında yazdıqlarından narahat olmadığını deyib:

"Sosial şəbəkə istifadəçiləri kordur, mən neyləyim? Orada olan insanlara mən hesabat verməliyəm ki? Neyləyirəmsə, işimi necə icra edirəmsə, mən bilirəm. Qardaş, mən dövlət məmuruyam. Onlar mənim icra başçısı kimi necə işlədiyimi bilməzlər. Onların savadları odur. Ağıllarına nə gəlir yazırlar".

Milli.Az