“BakuBus”un rəhbəri vəzifəsindən azad edilib

16 Yanvar 2021 13:07

Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan "BakuBus" MMC-nin rəhbəri vəzifəsindən azad edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, MMC-nin rəhbəri Azər Qasımov tutduğu vəzifədən azad edilib.

MMC rəhbəri vəzifəsinin icrası müvəqqəti olaraq Bakı Nəqliyyat Agentliyinin Təchizat şöbəsinin rəisi Tural Mahmudova tapşırılıb.

Milli.Az