Ağız yaraları xərçəngin xəbərçisi ola bilər

16 Yanvar 2021 17:48

Pandemiya dövrü, COVID-19 xəstəliyinin sürətlə yayılması səbəbilə insanlar səhhətlərində baş verən problemlərlə əlaqədar xəstəxanaya üz tutmaqdan çəkinirlər. Lakin bəzi sağlamlıq problemləri müalicə edilmədikdə daha ciddi fəsadlara səbəb ola bilər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu müddət ərzində insanların həkimə getməməsi səbəbilə ağız, damaq, eyni zamanda boyunda şiş kimi xəstəliklərinin sayı nisbətən artıb.

İnsanların adi günlərdə belə vacib hesab etmədiyi damaq yaraları ən tezi 15-20 günə sağalır. Mütəxəssislər bildirirlər ki, yaralar uzun müddət ərzində sağalmırsa, yaxud boyun şişkinliyi keçmirsə, bu, hansısa bir xəstəliyin, hətta xərçəngin xəbərçisi ola bilər.

Ekspertlər qeyd edirlər ki, ötən 6 ay ərzində ağız və boyun xərçəngləri ilə müraciət edənlərin sayı artıb. Ağızda yaranan yaralar 15-20 gün və ya bir ayda keçmirsə, bu zaman mütləq lora müraciət edilməlidir.

Milli.Az