Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq

16 Yanvar 2021 10:05

2021-ci ildə Azərbaycanın azad edilmiş ərazilərində sosial-infrastruktur layihələrinin reallaşdırılması təkcə qeyri-neft sənayesinin inkişafını sürətləndirməyəcək, həm də yeni iş yerləri yaradacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifələrini icra edən Arzu Hüseynova deyib.

Onun sözlərinə görə, qeyd olunan istiqamətlər üzrə artıq müvafiq işçi qrupları yaradılıb, tədbirlər planı hazırlanıb:

"Azad edilmiş ərazilərin bərpası üzrə aparılacaq işlər, eləcə də bu ərazilərin təbii ehtiyatlarla zənginliyi qeyri-neft sektorunun inkişafına xidmət edəcək və yeni imkanlar yaradacaq".

O xatırladəb ki, son dövrlərdə Azərbaycanın ümumi daxili məhsulunda qeyri-neft sahələrinin payı artır.

Milli.Az